“Şaxtyor” futbol klubunun baş məşqçisi Mirça Luçesku Donetsk klubunu nə zaman tərk etmək istədiyini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Luçsku 10 il ərzində cəmi bircə dəfə komanda ilə vidalaşmaq fikrinə düşüb.
Rumıniyalı mütəxəssis əvvəllər də bu barədə danışdığını xatırladıb: “Bu hadisə 2008-ci ilin payızında baş verdi. Biz artıq qalib gəlmək üzrə olduğumuz oyunda “Barselona”ya uduzduq. Kataloniyalılar son dəqiqələrdə fair-play qaydalarını pozdular və o zaman tamamilə gənc olan Messi bizim oyunçuların özünü itirməsindən istifadə edərək, qapımıza 2 qol vurdu. Mən bu ədalətsizliyə etiraz olaraq dərhal istefa ərizəsi yazmağa hazır idim. O zaman məni fikrimdən daşındıranlara təşəkkür edirəm. Bundan sonra belə zəifliyə yol vermirəm. Hətta bu gün Ukraynanın gələcəyinə təsir edən günlərdə belə “Şaxtyor”a sadiqəm.