Luçesku “Şaxtyor”u hansı kluba dəyişir?
27.12.2014 - 15:33
Donetsk “Şaxtyor”unun baş məşqçisi Mirça Luçesku mövsümün sonunda iş yerini dəyişməyi düşünür. Apasport.az xəbər verir ki, rumıniyalı mütəxəssisin karyerasını Rusiyada davam etdirməsi gözlənilir.
Luçesku ilə əvvəlcə Moskva MOİK-nin maraqlandığı deyilirdi. Lakin sonradan məlum olub ki, onun xidmətində maraqlı olan komanda MOİK yox, Moskva “Spartak”ıdı. Moskva təmsilçisi Luçesku ilə artıq danışıqlara başlayıb. Razılıq əldə edilsə, rumın çalışdırıcı gələn mövsümdən “Spartak”ın "sükanı arxasına" keçəcək.
Qeyd edək ki, Mirça Luçesku 2004-cü ildən “Şaxtyor”u çalışdırır.
0
0