“Qalatasaray”ın sükanı arxasına keçəcəyi iddia edilən Mirça Luçesku qəti sözünü deyib. Apasport.az saytının məlumatına görə, rumıniyalı mütəxəssis Ukraynanı tərk etməyəcəyini bildirib.
Rusiya mətbuatına müsahibə verən Luçesku “Qalatasaray”a keçəcəyi ilə bağlı yazılanları qəti təkzib edib: “Sizə Türkiyə və Rumıniya mətbuatını oxumamağı tövsiyə edirəm. Mən “Şaxtyor”u tərk etməyi qəti şəkildə düşünmürəm. Ayrılmaq qərarını ancaq bir halda qəbul edə bilərəm – Ukrayna liqası və “Şaxtyor” klubuna təhlükə olduğu halda. Bu zaman professional məşqçi kimi karyeramı davam etdirmək üçün rasional qərar qəbul etməliyəm”.