“Qalatasaray”ın yeni baş məşqçisi olacağı iddia edilən Mirça Luçesku İstanbula öz oyunçuları ilə gələ bilər. Apasport.az saytının məlumatına görə, Mançinin gedəcəyi təqdirdə “aslan”a rəhbərlik edəcək rumıniyalı baş məşqçi braziliyalı yarımmüdafiəçi Alex Teixeiranı da “Qalatasaray” sıralarına qatmaq niyyətindədir.
24 yaşlı Teixeira Braziliya millisinin gələcək ulduzlarından biri kimi qəbul edilir. Onun Ukraynanın “Şaxtyor” klubu ilə müqaviləni birtərəfli qaydada pozmaq hüququ var. Braziliyalı yarımmüdafiəçinin ölkədəki qarışıqlıq və müharibə təhlükəsini nəzərə alaraq “Şaxtyor”u tərk etmək istədiyi bildirilir. Hər iki ayağı ilə oynayan Teixeira Donetsk klubunun ən bahalı oyunçularından biridir.