“İlk oyunda qeydə alınan nəticə bizim xeyrimizə idi. Odu ki, cavab matçına rahat başladıq. Çoxlu qol vəziyyətləri yaratdıq. Bir daha təsdiq olundu ki, “Barselona” Avropanın ən aparıcı klublarından biridi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.
Çempionlar Liqasının ¼ final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Barselona” – PSJ (2:0) matçından sonra fikirlərini bölüşən Enrike maraqlı fikirlər səsləndirib. O, finala adlamaq və çempion olmaq barədə düşündüklərini qeyd edib: “Yarımfinalda dayanmaq bizim üçün uğursuz nəticə olar. Sona qədər irəliləmək və kubokun qalibi olmaq fikrindəyik. “Barselona” risk etməkdən qorxmur. Komandanın hücum potensialı çox böyükdü. Bunu PSJ ilə oyunlarda da isbatladıq”.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb