“Barselona”nın bir neçə aparıcı futbolçusu İspaniya Kral Kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə “Elçe” ilə cavab matçında forma geyinməyəcək. Apasport.az saytının məlumatına görə, buna baş məşqçi Luis Enrikenin oyunçulara istirahət verməsi səbəb olub.
Lionel Messi, Luis Suares, Neymar, Dani Alves, Xordi Alba, Xavyer Maskerano, Serxio Buskets, Andres İnyesta və qapıçı Kladio Bravo qarşılaşmanı kənardan izləyəcək. Bunun əvəzində, təcrübəli mütəxəssis gənc oyunlular - Adəm Traoreni, Munir El-Xaddadini və Alen Haliloviçi meydana buraxacaq.
Qeyd edək ki, “Elçe” - “Barselona” matçı Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.