“Atletiko” ilə oyun çox çətin olacaq. Bu komandanın zəif nöqtəsi yoxdu. Onlara qarşı çox istəkli və aqressiv oynamalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Luis Enrike deyib.
İspaniya Kubokunun ¼ final mərhələsində “Atletiko” ilə keçiriləcək oyun haqda danışan təcrübəli mütəxəssis rəqiblə bağlı xoş sözlər deyib. Enrike müdafiəçi Jeremi Matyönün Madrid klubu ilə matça kimi hazır olmayacağını bildirib: “Jeremi zədəsinə görə kollektivlə birgə məşq etməyib. Deməli, “Atletiko”ya qarşı oynamayacaq. Xavinin çıxış edib-etməyəcəyi isə həkimlərin qərarından asılı olacaq”.
Enrike söhbət əsnasında “Barselona”dakı gələcəyinə də toxunub: “Gələn mövsümdə də “Barselona”da işləyib-işləməyəcəyimi bilmirəm. Bu barədə düşünmürəm. Mənim fikrim növbəti oyunumuzdadı. Bu günlə yaşayıram”.