Növbəti mövsümdən “Barselona”da çıxış edəcək Luis Suares katalon klubuna transferi barədə açıqlama verib. Apasport.az xəbər verir ki, “SKy Sport”a danışan uruqvaylı hücumçu keçidinin səbəblərini açıqlayıb.
“Liverpul”dan ayrılmaq mənim üçün asan deyil. Həm mən, həm də ailəm bu komandanı çox sevirik. Klub rəhbərliyi burada qalmağım üçün hər şeyi etdi. Hər zaman bu komandaya azarkeşlik edəcəyəm. Özüm qalıb oynamaq istərdim. Amma verdiyim qərar təkcə özümdən asılı deyildi. Bilirsiniz ki, həyat yoldaşımın ailəsi İspaniyada yaşayır. Onun ən böyük xəyalı doğmalarının yanında olmaqdır. Həyat yoldaşıma görə “Barselona”nı seçdim” – deyə Suares bildirib.