Uruqvaylı futbolçu Luis Suares “Brselona”nı xəyalının komandası adlandırıb. Apasport.az saytının məlumatıma görə, hücumçu Kataloniya klubunda oynamaq üçün bir çox digər komandaların təklifini rədd etdiyini də etiraf edib.
“Liverpul”dan 81 milyon avroya transfer edilən Suaresin adı başda “Real Madrid” olmaqla bir çox klublarla çəkilirdi. “Nou Kamp”da Messi ilə bərabə oynamağı arzu etdiyini vurğulayan futbolçu “Barsa”nın onunla əlaqə qurduğu ilk gündən etibarən heç bir tərəddüdünün olmadığını deyib: “Çünki bu mənim xəyalım, mənim arzum idi. Başqa klubların təklifini dərhal rədd etdim. Çünki mən buraya aidəm. Uzun müddətdir Avropada oynayıram. Əvvəlcə “Ayaks”, sonra “Liverpul”... İndi karyeramın zirvəsindəyəm. Çünki dünyanın ən yaxşı komandasındayam. Bu komandanı uzun müddət izləyirdim və oyunundan zövq alırdım. İndi onlarla bir yerdəyəm”.