Luis Suares rəmzi komandanın siyahısında
01.12.2014 - 22:28
Luis Suares rəmzi komandanın siyahısında

FİFA və Beynəlxalq Peşəkar Futbolçular Birliyi (FIFPro) 2014-cü ilin rəmzi komandası üçün 15 ən yaxşı hücumçunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, ən çox "Real", "Barselona" və "Bavariya"nın oyunçularının yer aldığı siyahıdan yalnız 3 forvard seçiləcək.

 

Qeyd edək ki, DÇ-2014-də İatliya millisinin müdafiəçisi Corco Kyellinini dişləyən "Barselona"ın uruqvaylı hücumçusu Luis Suares də siyahıda yer alıb.

 

Siyahıya bu hücumçular adları yer alır:

 

Serxio Aquero (Argentina, "Mançester Siti"), Qaret Beyl (Uels, "Real"), Kərim Benzema (Fransa, "Real"), Dieqo Kosta (İspaniya, "Çelsi"), Kriştianu Ronaldo (Portuqaliya, "Real"), Zlatan İbrahimoviç (İsveç, PSJ), Robert Levandovski (Polşa, "Bavariya"), Lionel Messi (Argentina, "Barselona"), Tomas Müller (Almaniya, "Bavariya"), Neymar (Braziliya, "Barselona"), Marko Roys (Almaniya, "Borussiya"), Aryen Robben (Hollandiya, "Bavariya"), Frank Riberi (Fransa, "Bavariya"), Ueyn Runi (İngiltərə, "Mançester Yunayted"), Luis Suares (Uruqvay, "Barselona")