Luka Modriçin qayıdacağı tarix açıqlandı
11.02.2015 - 14:20
Uzun müddətdi zədədən əziyyət çəkən “Real”ın yarımmüdafiəçisi Luka Modriç sağalmaq üzrədi. Apasport.az saytı xəbər verir ki, xorvatiyalı futbolçu artıq yüngül məşqlərə başlayıb.
Madrid klubunun həkimləri 29 yaşlı oyunçunun hələ daha bir ay komandasına kömək edə bilməyəcəyini açıqlayıb. Modriçin martın əvvəllərindən kollektivə qoşulması gözlənilir. Futbolçunun dönüşü çox güman ki, Çempionlar Liqasının 1/8 final mərhələsində martın 10-da “Şalke”yə qarşı keçiriləcək cavab matçında baş tutacaq.
Qeyd edək ki, Luka Modriç ötən ilin noyabrında ciddi zədə almışdı.
0
0