Lukas Podolski rəsmən “İnter”in futbolçusu oldu
06.01.2015 - 00:54
Lukas Podolski rəsmən “İnter”in futbolçusu oldu

"Arsenal"ın hücumçusu Lukas Podolski rəsmən "İnter"in futbolçusu olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı forvard mövsümün sonuna qədər Milan təmsilçisin şərəfini qoruyacaq.

 

Almaniya millisinin üzvü İtaliya klubunda icarə əsasında forma geyinəcək.

 

Qeyd edək ki, Podolski cari mövsümdə İngiltərə Premyer Liqasında 7 matçda oynayaraq,  100 dəqiqədən az şans əldə edib. Çünki o, bütün oyunlarda əvəzetmədən meydana çıxıb.