“Arsenal”da heç cür əsas heyətə düşə bilməyən və çoxdandı klubunu dəyişmək istəyən Lukas Podolski arzusuna çatmaq üzrədi. Apasport.az xəbər verir ki, Almaniya yığmasının hücumçusu karyerasını çox güman ki, İtaliyada davam etdirəcək.
Podolski Milan “İnter”i ilə danışıqları artıq yekunlaşdırıb və tərəflər ortaq məxrəcə gəliblər. İndi qalır “topçular”ı bu keçidə razı salmaq. Bu məqsədlə “İnter” nümayəndələrini Londona göndərib. İngilis klubu Podolskinin “İnter”ə keçidinin əleyhinə deyil.
Bu barədə açıqlama verən “Arsenal”ın baş məşqçisi Arsen Venger Podolskinin getməsi ilə komandasının zəifləməyəcəyini bildirib.