Lyunqberq “Arsenal”ın məşqçisi oldu
08.01.2016 - 14:09
İsveçin əfsanəvi futbolçularından sayılan Fredrik Lyunqberq məşqçiliyə başlayıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, doğma komandası “Arsenal”a qayıdıb.
Futbolçu karyerası ərzində 9 il formasını geyindiyi “Arsenal”da məşhurlaşan 39 yaşlı sabiq yarımmüdafiəçi məşqçi kimi də elə bu klubda işləyəcək. Gənc mütəxəssis London klubunun akademiyasında fəaliyyət göstərəcək və “Arsenal”ın U-15 komandasında çalışacaq.
Qeyd edək ki, 1998-2007-ci illərdə “Arsenal”ın formasını geyinən Fredrik Lyunqberq bu klubla 2 dəfə Premyer Liqa çempionu olub.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb
0
0