Madrid derbisində sülh - YENİLƏNİB
03.03.2014 - 01:46
Madrid derbisində sülh  - YENİLƏNİB

Futbol üzrə İspaniya çempionatının bu gün və sabah keçiriləcək iki görüşündə liderliyin taleyi müəyyən olunub. Apasport.az saytının məlumatına görə, Madrid derbisində “Atletiko” klubu hazırkı lider “Real”ı sınağa çəkib.

 

Bu oyun “Atletiko” üçün böyük əhəmiyyət kəsb edib. Arda Turanın da forma geydiyi komanda məğlub olduğu təqdirdə liderdən 6 xal geri qalaraq çempionluq iddiasından əl çəkməli idi. “Real” isə liderliyini qorumaq və yaxın rəqiblərindən aralanmaq üçün var qüvvəsi ilə qalib gəlməyə çalışıb. Gərgin keçən oyun 2:2 hesabı ilə başa çatıb və lider dəyişməyib.

 

Martın 3-də “Almeriya”ya qarşı meydana çıxacaq “Barselona” da çempionluq şansını qorumaq üçün mütləq qələbə qazanmalıdır.

 

İspaniya çempionatı
XXVI tur

28 fevral

“Atletik” – “Qranada” 4:0

Aduris, 6; 18; 74 (penalti); Qurpeqi, 80

1 mart
“Xetafe” – “Espanyol” 0:0
“Levante” – “Osasuna” 2:0

Diop, 4; Qarsiya, 42

“Malaqa” – “Valyadolid” 1:1
Santa Kruz, 13 – Larsson, 30

2 mart
“Elçe” – “Selta” 1:0

Xil, 82

“Vilyarreal” – “Betis” 1:1
Soriano, 70 (penalti) – Kastro, 85

“Atletiko” – “Real” 2:2
Koke, 28; Qabi, 45 - Benzema, 3; Ronaldu, 82

“Sevilya” – “Real Sosyedad” 1:0
Qameyro, 77

3 mart
“Barselona” – “Almeriya” 4:1

Sançes, 9; Messi, 23, Puyol, 83; Xavi, 89 - Truxilyo, 26

“Rayo Valyekano” – “Valensiya” 1:0
Larrivey, 60
 

 

1. Real Madrid 26 20 4 2 73:26 64
2. Barselona 26 20 3 3 74:21 63
3. Atletiko Madrid 26 19 4 3 61:21 61
4. Atletik Bilbao 26 15 5 6 49:30 50
5. Vilyareal 26 13 5 8 47:31 44
6. Real Sosyedad 26 12 7 7 46:36 43
7. Sevilya 26 10 8 8 44:41 38
8. Levante 26 9 9 8 26:31 36
9. Valnsiya 26 10 5 11 38:37 35
10. Espanyol 26 9 6 11 29:32 33
11. Selta Viqo 26 8 6 12 32:37 30
12. Elçe 26 7 8 11 23:37 29
13. Osasuna 26 8 5 13 24:39 29
14. Qranada 26 8 3 15 22:36 27
15. Xetafe 26 7 6 13 23:40 27
16. Malaqa 26 6 8 12 24:35 26
17. Almeriya 26 7 5 14 25:46 26
18. Valyadolid 26 4 11 11 28:44 23
19. Rayo Vallekano 26 7 2 17 26:59 23
20. Betis 26 3 6 17 21:56 15
0