Mahir Şükürov: Məğlubiyyətə bəraət qazandırmaq olmaz
28.05.2014 - 10:00
Mahir Şükürov: Məğlubiyyətə bəraət qazandırmaq olmaz

“ABŞ-la oyunumuz maraqlı alındı. Eyni zamanda bizə çətin oldu”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Şükürov deyib.

 

Təcrübəli müdafiəçi yığmamızın ABŞ-la san-Fransiskodakı yoxlama oyunundakı 0:2 hesablı məğlubiyyətə şərh verib: “Sonda məğlub olduq. İstəməzdik ki, uduzaq. Bugünkü oyun hazırlıq xarakteri daşıyırdı. Baş məşqçi də demişdi ki, birinci hissədən sonra səni dəyişəcəm. Uduzmuşuq da, buna bəraət qazandırmaq olmaz. Qarşılaşmadan 2 gün əvvəl deyilmişdi ki, bir hissə oynayacam. Həmin mövqedə yeni oyunçu sınanmalı idi. İsinmə hərəkətləri zamanı külək olmasa da, sonradan əsməyə başladı. Bu da oyuna müəyyən təsir etdi. Amma ABŞ yığması da dünya çempionatına vəsiqəni elə belə qazanmayıb. Onlara mundialda uğurlar arzulayıram”.