Mahir Şükürov da şüşələri sındırdı
09.02.2014 - 18:25
Mahir Şükürov da şüşələri sındırdı

Topaz Premyer Liqasının XX turunda “Xəzər Lənkəran”la görüşdə qələbənin son saniyələrdə əldən verilməsi “Neftçi” klubunun futbolçusu Mahir Şükürovu özündən çıxarıb. Apasport.az saytının xəbərinə görə, əsəblərinə hakim ola bilməyən “ağ-qaralar”ın müdafiəçisi meydandan paltardəyişmə otağına gedən yoldakı qapının şüşələrini sındırıb.

 

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb. Qarşılaşmadan bir gün öncə isə lənkəranlı azarkeşlərdən biri “Neftçi”yə məxsus avtobusun şüşəsini sındırmışdı.