Mahir Şükürov yeni ampluada
03.01.2015 - 11:02
Mahir Şükürov yeni ampluada

Azərbaycan millisinin futbolçusu Mahir Şükürov özü üçün ənənəvi olmayan mərkəz müdafiəçisi mövqeyində çıxış edəcək. Apasport.az saytının məlumatına görə, buna cinah oyunçusunun çıxış etdiyi Türkiyə “Karşıyaka”sındakı problemlər səbəb olub.

 

Cenkin cəzalı, Mehmet Yiğitin zədəli olması üzündən baş məşqçi Yusuf Şimşək çətin vəziyyətdə qalıb. Mütəxəssis məşq prosesində həm Mahiri, həm də Yenal və Mehmet Ayazı sınadıqdan sonra qərarını verib. O, Şükürovun daha yaxşı olduğu qənaətinə gəldiyindən məhz həmyerlimizə müdafiəmin mərkəzində şans verəcək.

 

Qeyd edək ki, “Karşıyaka” sabah 1-ci liqanın lideri “Kayserispor”la qarşılaşacaq.