Maksim Medvedev: Kimin oynayacağını bilmirik
19.01.2014 - 00:02
Maksim Medvedev: Kimin oynayacağını bilmirik

“Hazırlıqlarımız yüksək səviyyədə davam edir. Hər kəs verilən tapşırıqları canla-başla yerinə yetirir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

 

İki həftədir təlim-məşq toplanışını Antalyada davam etdirən “Qarabağ” gündə iki dəfə meydana çıxır. Əyalət təmsilçisi fiziki hazırlıqla yanaşı, taktiki planda da çalışmalar yerinə yetirir. Toplanışla bağlı danışan müdafiəçi yalnız Nikolas Gelaşvilinin yoxluğuna təəssüflənib: “Hamımız həvəsliyik. Tətildən sonra bu normaldır. Liderik. Bu üstünlüyümüzü qorumaq üçün çox çalışırıq. Mövsümün qalan hissəsinə hazır olmaq üçün əlimizdən gələni edirik. Əhval-ruhiyyə yaxşıdır. Sadəcə, Gealaşvili zədəli olduğundan, bizimlə məşq etmir”.

 

Yoldaşlıq oyunlarına da toxunan Medvedev ilk qarşılaşmada səhvlərə yol verəcəklərini də istisna etməyib: “Dinamo” ilə qarşılaşacağıq. Rəqibi tanımırıq. Kimin oynayacağını da bilmirik. İlk oyunda səhvlərə yola verə bilərik. Bunu istisna etmirəm. Çalışacağıq ki, oyunumuzu yaxşılaşdıraq”.