“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin durumuna aydınlıq gəlib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, 26 yaşlı futbolçu klubla birlikdə Fransaya aparılacaq.
Yığma komandanın heyətində AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla səfər qarşılaşmasında ayağı burxulan Medvedev “Monako” ilə Avropa Liqası matçında məşqçilər korpusunun ixtiyarında olacaq.
Topaz Premyer Liqasının “Zirə” ilə VIII tur oyununda zədələnən digər sağ cinah müdafiəçisi İlqar Qurbanovun da durumu qənaətbəxşdi.
Bu iki oyunçudan fərqli, yarımmüdafiəçi Cavid Tağıyev və hücumçu Reynaldo Silva “Monako” ilə oktyabrın 22-də keçiriləcək matçda Ağdam klubuna kömək edə bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” Fransaya bu gün saat 18:00-da yola düşəcək.