“Son seçmə mərhələdəki rəqiblərimizlə düşməyimiz bizim üçün əlavə üstünlükdür”. Apasport.az saytının məlumatına görə, bu sözləri Malta millisinin yarımmüdafiəçisi Rouen Muskat deyib.
Təcrübəli futbolçu AVRO-2016-nın seçmə mərhələsinin bugünkü püşkatmasını dəyərləndirib.
Azərbaycan yığmasının rəqibi olan ada təmsilçisinin üzvü onlarla yanaşı, İtaliya, Xorvatiya, Bolqarıstan və Norveçin də yer aldığı qrup haqda qısa danışıb: “Axı ötən tsikldə də İtaliya və Bolqarıstanla qarşılaşmışdıq. Onları daha yaxşı tanımağımızdan yararlana bilərik. Ümumiyyətlə, İtaliya kimi komanda ilə düşməyə üzülmürəm. Çünki belə rəqiblə matçda təcrübə qazanmaq mümkündür”.