Mançini “İnter”lə danışıqlara başlayıb
04.04.2014 - 03:59
Mançini “İnter”lə danışıqlara başlayıb

İtaliyanın “İnter” futbol klubunun keçmiş baş məşqçisi Ektor Kuper “Qalatasaray”ın baş məşqçisi Roberto Mançininin İtaliyaya qayıtmaq istədiyini təsdiq edib. Apasport.az saytının məlumatına görə, hazırda “Al-Vasl” klubunda işləyən Kuper Mançininin artıq konkret addımlar atdığını da vurğulayıb.

 

Argentinalı mütəxəssis bildirib ki, “İnter” Mançinini geri qaytarmağa hazırdır: “Mançini “Qalatasaray”dakı işlərin gedişindən narazıdır və İtaliyaya qayıtmaq niyyətindədir. “İnter” rəhbərliyi artıq onunla danışıqlara başlayıb və yaxın günlərdə ona rəsmi təklif irəli sürəcəyi mümkündür”.

 

Xatırladaq ki, Mançini 2004-2008-ci illərdə “İnter”in baş məşqçisi olub. O bu müddət ərzində Milan klubu ilə 3 dəfə ölkə çempionluğunu, 2 ölkə kubokunu və Superkuboku qazanıb.