Mançini “Spartak”la danışıqlara başlayıb
19.05.2014 - 22:34
Mançini “Spartak”la danışıqlara başlayıb

 

“Qalatasaray” futbol klubunun baş məşqçisi Roberto Mançininin Moskvanın “Spartak” klubunun rəsmiləri ilə görüşdüyü bildirilir. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı görüşün “Spartak”ın sahibi Leonid Fedunun təşəbbüsü ilə baş tutduğunu yazıb.

 

“Spartak” bundan əvvəl “Tula-Arsenal” klubunun baş məşqçisi Dmitri Aleyniçevlə görüşüb. Amma Aleyniçevin gənc olması və təcrübəsizliyi “Spartak” rəhbərliyini qane etməyib və “ağ-qırmızılar” xarici mütəxəssis axtarmağa başlayıblar.

 

“Spartak”ın yeganə qorxusunun Mançininin böyük məbləğdə pul istəyə biləcəyidir. İtaliyalı mütəxəssis İngiltərədə ildə 6,5 milyon, Türkiyədə isə 5 milyon avro alıb. Buna baxmayaraq, onun “Qalatasaray”la pul məsələsini həll edən kimi komandadan ayrılacağı iddia olunur.