Mançinidən acı etiraf: Çempion ola bilməyəcəyik
15.03.2014 - 07:22
Mançinidən acı etiraf: Çempion ola bilməyəcəyik

 

“Qalatasaray”ın baş məşqçisi Roberto Mançini “Karabükspor” oyundan sonra acı etirafla çıxış edib. Apasport.az saytının məlumatına görə, Mançini çempion ola bilməyəcəklərini bildirib.

 

İtaliyalı mütəxəssis səfər oyunları problemlərindən danışıb. O, bildirib ki, səfərdəki uğursuzluqlara son qoyulmayacağı təqdirdə, çempion ola bilməyəcəklər: “Birinci hissədə yaxşı oynadıq, bəzi epizodlar əldə etdik. Amma çox təəssüf ki, səfər oyunu xəstəliyimizi bu gün də dəf edə bilmədik. Bir qədər də istəkli olmağımız lazımdır. Amma səfərdə bunun tərsini edirik. Səfər uğursuzluqlarımızın öhdəsindən gələ bilməsək, çempion ola bilməyəcəyik. Kuboku almaq istəyiriksə, səfərdə qalib gəlməyimiz lazımdır”.

 

 

0