Mançinidən ilk sözlər: İstanbuldan üzüntü ilə ayrılıram
11.06.2014 - 21:49
Mançinidən ilk sözlər: İstanbuldan üzüntü ilə ayrılıram

 

“Qalatasaray” futbol klubunun keçmiş baş məşqçisi Roberto Mançini istefa qərarından sonra ilk açıqlamasını verib. Apasport.az saytının məlumatına görə, İtaliya mətbuatına danışan mütəxəssis baş verənlərdən üzgün olduğunu bildirib.

 

Mançini klubla müqaviləsinin qarşılıqlı anlaşma şəklində pozulduğunu təsdiq edib: “Bir baş məşqçi olaraq klubuma nə lazım olduğunu anlayıram. “Qalatasaray”a gələndə hədəflər başqa idi. 8 ay ərzində çempionluq mübarizəsi apardıq. Çempionatı ikinci yerdə bitirdik, Türkiyə kubokunu qazandıq, Çempionlar Liqasına qatıldıq. İstanbuldan üzüntüylə ayrılıram. Klub başqanına, azarkeşlərə və bu müddət ərzində mənimlə işləyən hər bir kəsə ürəkdən əlvida deyirəm”.

 

Qeyd edək ki, dünən “Qalatasaray” başqanı Ünal Aysal və Roberto Mançini arasında görüş olub. Görüşdən sonra tərəflər mətbuata heç bir açıqlama verməsələr də, Aysala yaxın mənbələr Mançinin “Qalatasaray”da qalmaq istədiyini bildiriblər. Bu gün isə məlum olub ki, Mançini görüşdən dərhal sonra təyyarəyə minərək İtaliyaya qayıdıb.

 

 

0