Manuel Noyer Avstraliya ilə matçı buraxacaq
24.03.2015 - 22:38
Manuel Noyer Avstraliya ilə matçı buraxacaq

Almaniya millisinin heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, komandanın qapıçısı Manuel Noyer zədələnib.

 

"Bavariya"nın 28 yaşlı qolkiperi Bundesliqanın son turu çərçivəsində Münhenqladbax "Borussiya"sına (0:2) qarşı matçdan sonra dizində ağrlar hiss edib. Bu səbəbdən onun Avstraliya ilə yoxlama görüşünü buraxacağı açıqlanıb.

 

Noyer iki gün ərzində məşq etməyəcək və cümə axşamı hazırlıqlara başlayacaq. Onun AVRO-2016-nın seçmə mərhələsində Gürcüstana qarşı matça qədər tam hazır olacağı gözlənilir.