“Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini istefaya göndəriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis klub tərəfindən heç bir təzyiq göstərilmədiyini vurğulayıb.
O, komandadan getməyəcəyini deyib: “İstefa? Mən heç vaxt təzyiqləri hiss etmirəm. Artıq iki ildir bunu təkrarlayıram. Yalnız tək təzyiq mən özümə göstərirəm. Komandamın pis oynadığını bilirəm. Klub tərəfindən heç bir təzyiq hiss etmirəm. Nə də ki, ictimaiyyət tərəfindən”.
Qeyd edək ki, son altı matçında yalnız bir dəfə qalib gələn “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 56 xalı olan lider “Çelsi”dən 7 xal geri qalır.