“Porto” rəhbərliyi ilə daim əlaqədə idik. Onlar yaranmış vəziyyəti anlayışla qarşıladılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Marat İzmaylov deyib.
Portuqaliya “Porto”sundan icarəyə götürülən Rusiya yığmasının sabiq üzvü şimal qonşularımıza verdiyi açıqlamada uzun müddət düşərgəsində olmadığı kluba bağlılığından danışıb: “Mətbuat mənim itdiyimi, heç kimin harada olduğumu bilmədiyini iddia edirdi? Bəlkə də buna səbəb yoxluğumun klub rəsmiləri tərəfindən şərh edilməməsi idi. Lakin mən həmişə klubda olmuşam. Lazım olan anda bazaya getmişəm”.
Marat son 5 ayı “Porto”dan uzaq düşməsinə səbəb olan əsas məsələni açıqlamağı lazım bilməyib: “Karyeramda 5 aylıq fasilənin yaranmasına səbəb olan ailə məsələlərini isə indi açıqlamaq istəmirəm”.
İzmaylov yenidən “Porto”ya qayıtmaq iddiasındadır: “Porto” rəhbərliyinin göstərdiyi anlayışa sözlə deyil, əməllə cavab vermək istəyirəm. Əvvəlki səviyyəmi bərpa etmək, “Porto”ya qayıtmaq və komandaya faydalı olmaq arzusundayam. Bu klub mənim üçün ailə kimidir”.
Futbolçu karyerasını bitirəndən sonra ilə bağlı sual cavab verməyib: “Karyeramı bitirəndən sonra harada yaşayacağıma qərar verməmişəm. Mənə həm Avropa, həm də Rusiyada yaşamaq rahatdır. Bunun necə olacağını zaman göstərər. Bilmək olmaz ki, karyeram məni hara aparacaq. Əvvəllər Portuqaliyada oynayacağımı ağlıma da gətirməzdim. Amma ümumilikdə karyeramın daha uzun olmasını istəyirəm. Bunun üçün bütün qüvvəmi sərf edəcəyəm”.