Marat İzmaylov: Çalışıram ki, xəyallar qurmayım
06.02.2014 - 14:56
Marat İzmaylov: Çalışıram ki, xəyallar qurmayım

“Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı nikbin fikirdəyəm. Yığmamızda nə isə alınmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri icarə əsasında “Qəbələ”də çıxış edən Rusiya milli komandasının sabiq futbolçusu Marat İzmaylov deyib.

 

Təcrübəli yarımmüdafiəçi bu ilin yayında Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb.

 

Rusiya mətbuatına açıqlama verən İzmaylov vaxtilə şərəfini qoruduğu yığmadan yaxşı nəticə gözlədiyini bildirib: “Bizim komandanın gücündən danışarkən rəqiblərlə müqayisə etmirəm. Düşünürəm ki, Rusiya yığması dünya çempionatında istənilən qrupdan növbəti mərhələyə çıxa bilərdi. Özümün milliyə qayıdışıma gəlincə isə məsələyə real baxmaq lazımdır. Mənə ilk növbədə daimi oyun praktikası lazımdır. Yalnız bunun sayəsində “Porto”ya qayıda bilərəm. Orada da yaxşı oynadıqdan sonra Rusiya millisində oynamaq şansım olar. Hələlik isə çalışıram ki, xəyallar qurmayım”.

 

Qeyd edək ki, Marat Rusiya yığmasında 35 oyuna 2 qol vurub.