“Qəbələ”nin rusiyalı futbolçusu Marat İzmaylov komandasının Topaz Premyer Liqasının XXXIV turunda “Bakı”ya (3:1) qalib gəldiyi oyundan sonra ölkəmizi tərk edib. Apasport.az xəbər verir ki, o, Portuqaliyaya üz tutub.
Müqavilə ilə bu ölkənin “Portu” klubuna məxsus olan və icarə əsasında ölkəmizdə oynayan yarımmüdafiəçi klubundan iki həftəlik icazə alıb. Onun Portuqaliyaya nə üçün getdiyini isə “Qəbələ”nin baş meneceri Zaur Əzizov saytımıza açıqlamasında belə izah etdi: “Marat İzmaylov şəxsi işləri ilə əlaqədar Portuqaliyaya gedib. Bu gün komandanın düşərgəsinə qayıdacaq və “Sumqayıt”la matçın hazırlıqlarına qoşulacaq”.