Marçello Lippi istefa verdi
26.02.2015 - 18:13
Marçello Lippi istefa verdi

İtaliya millisinin sabiq baş məşqçisi Marçello Lippi Çin klubu “Quanqjou Everqrand” klubundan ayrılıb. Apasport.az saytı xəbər verir ki, 67 yaşlı mütəxəssis 3 illik fəaliyyətdən sonra Çini tərk etmək qərarına gəlib.

 

“Quanqjou Everqrand”da olduğu müddətdə komandaya 3 dəfə ölkə çempionluğunu və 1 dəfə Asiya Çempionlar Liqasını qazandıran Lippi ötən il istefa verərək idman direktoru kimi çalışmağa başlamışdı. İtalyan mütəxəssis artıq bu vəzifədən də istefa verib.

 

Qeyd edək ki, Marçello Lippi məşqçilik karyerası ərzində “Napoli”, “Yuventus” və “İnter” kimi iddialı klubları, həmçinin 2004-2006 və 2008-2010-cu illərdə İtaliya yığmasını çalışdırıb.