Mario Souza: Komandaya tanınmış futbolçu cəlb edə bilərik
22.01.2014 - 18:08
Mario Souza: Komandaya tanınmış futbolçu cəlb edə bilərik

“Mənim işim yaxşı futbolçu tapıb, baş məşqçiyə təqdim etməkdir. Son qərarı Mustafa Dənizli verir". Bu sözləri apasport.az saytının Antalyaya ezam olunmuş əməkdaşına "Xəzər Lənkəran" klubunun braziliyalı meneceri Mario Souza deyib.

 

Cənub təmsilçisinin sabiq futbolçusu olan Mario işinin detallar barədə danışıb: "Fasilə vermədən axtarışdayam. "Xəzər Lənkəran"a, Azərbaycana uyğun oyunçu tapmağa çalışıram. Biz kluba tanınmış futbolçular da cəlb edə bilərik. Ancaq məsələ adda deyil”.

 

Souzanın fikrincə, hər bir futbolçu öncə Azərbaycana uyğunlaşmalıdır: “Yaxşı bir oyunçu gətirərsən, ancaq mühitə uyğunlaşa, özünü göstərə bilməz. Ona görə də, seçim edərkən Azərbaycandakı şərtləri nəzərə almaq mütləqdir. Legionerlərlə bağlı başqa bir problem "Xəzər Lənkəran"ın hazırda yaxşı durumda olmamağı ilə bağlıdır. Bilirsiniz, mən, Dieqo Qusmao, Junior Osvaldo, Denis Silva kimi braziliyalılar niyə komandaya tez alışdıq? Çünki biz problemsiz komandaya gəlmişdik və başda Emin Quliyev olmaqla, yerli futbolçular bizə dəstək oldular. Lakin indi problemlərimiz var və onları yoluna qoymağa çalışırıq. Çətinliklərin öhdəsindən gələcəyimizə inanıram".