Mark-Andre ter Şteqen rəsmən “Barselona”da
23.05.2014 - 02:44
Almaniyalı qapıçı Mark-Andre ter Şteqen “Barselona” ilə müqaviləyə imza atıb. Apasport.az saytının məlumatına görə, müqavilə 2018/2019-cu illər mövsümünün sonuna kimi nəzərdə tutulub.
Menhenqladbax “Borussiya”sı 22 yaşlı qapıçının transferi üçün “Barselona”dan 12 milyon avro alıb. Futbolçunun nə qədər alacağı bilinmir.
Qeyd edək ki, bu mövsümün sonunda “Barsa”nın iki əsas qapıçısı – Viktor Valdes və Xose Pinto komandanı tərk ediblər.
0
0