Marko Roys uğrunda “döyüş qızışır”
15.12.2014 - 19:00
Marko Roys uğrunda “döyüş qızışır”

“Bavariya” Dortmund “Borussiya”sının aparıcı yarımmüdafiəçisi Marko Roysun transferində israrlıdı. Apasport.az-ın məlumatına görə, Münxen klubu “Real”ın da maraq dairəsində olan ulduz futbolçunun keçidində önə keçmək üçün hərəkətə gəlib.

 

Bundan xəbər tutan madridlilər də Dortmund klubuna təklif göndəriblər. Hətta “Real”ın daha çox pul təklif etdiyi deyilir.

 

Qeyd edək ki, “Borussiya” ilə müqaviləsi 2017-ci ilə qədər olan Marko Roysun transfer qiyməti 35 milyon avrodur.