Marko Roys yeni klubu ilə anlaşdı
16.01.2015 - 18:55
Marko Roys yeni klubu ilə anlaşdı

Dortmund “Borussiya”sının aparıcı futbolçusu Marko Roys komandadan ayrılmağı qərara alıb. Apasport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi artıq özünə yeni komanda da tapıb.

 

İspan həmkarlarımızın iddiasına görə, Almaniya millisinin üzvü Madrid “Real”ı ilə anlaşıb. Tərəflər 5 illik müqaviləni razılaşdırıblar və Roys mövsümün sonunda “kral klubu” ilə münasibətləri rəsmiləşdirəcək. Bu transferin “Real”a 25 milyon avroya başa gələcəyi bildirilir.

 

Qeyd edək ki, Marko Roys “Bavariya” və “Mançester Yunayted”in də maraq dairəsindədi.