Mata: Eto’O bizə göstərdi ki...
21.01.2014 - 00:38
Mata: Eto’O bizə göstərdi ki...

“Çelsi”nin futbolçusu Xuan Mata komanda yoldaşı Samuel Eto’O ilə bağlı maraqlı açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına danışan Mata Premyer Liqada “Mançester Yunayted”ə qarşı 3 qol vuran kamerunlu hücumçuya təriflər yağdırıb:

 

“İngiltərə Premyer Liqasında het-trik etmək çətindir, xüsusilə də “Mançester Yunayted”lə oyunda. Onu təbrik edirəm. Onunla bağlı çox şadam. Samuel həm yaxşı komanda yoldaşı, həm də gözəl insandır. O bizə göstərdi ki, təcrübə, çeviklik və imkanlardan maksimum dərəcədə istifadə etmək necə olur. Eto’O ötən illərdə dünyanın ən yaxşı hücumçularından biri idi”.

 

Qeyd edək ki, Eto’O bu yay Rusiya “Anji”sindən London klubuna keçib.