“İnter”in hücumçusu Mauro İkardi oktyabrın 2-də “Qarabağ”la oyunda heyətdə yer ala bilər. Apasport.az saytının məlumatına görə, argentinalı futbolçunun zədədən sonra bərpa prosesi gözlənildiyindən də tez baş tutub.
Onun “Qarabağ”la matça kimi tam qaydasına düşəcəyi bildirilir. Komandada digər hücumçular da argentinalılar - Rodriqo Palasio və dünən komandasının “Kalyari”yə yeganə qolunu vurmuş Pablo Osvaldodur. Rumıniyalı George Puşkaş isə İkardinin zədələnməsi fonunda əvəzedici komandadan heyətə çağırılıb.
Qeyd edək ki, Mauro İkardi “Atalanta” ilə matçın 25-ci dəqiqəsində zədələndiyi üçün yerini Pablo Osvaldoya verməli olmuşdu.