Maykl Bredli Azərbaycan yığmasını təriflədi
27.05.2014 - 08:48
Maykl Bredli Azərbaycan yığmasını təriflədi

“Azərbaycan millisi haqda kifayət qədər məlumatımız var. Komandanın baş məşqçisi isə Berti Foqtsdur”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ yığmasının yarımmüdafiəçisi Maykl Bredli deyib.

 

Azərbaycanla sabah baş tutacaq yoldaşlıq oyunu barədə danışan 26 yaşlı futbolçu komandamızı tərifləyib. Kanadanın “Toronto” klubunda forma geyinən Mayklın sözlərinə görə, millimiz seçmə mərhələlərdə öz oyunu ilə seçilib: “Çox yaxşı təşkilatlanmış bir kollektivdir. Gördüyümüz qədərilə məşqçinin tapşırıqlarını yerinə yetirməklə güclü rəqiblərlə başa-baş mübarizə aparırlar”.

 

“Herenven”, “Borussiya”, “Astin Villa”, “Kyevo” və “Roma”nın sabiq futbolçusu Foqts haqqında da danışıb: “Berti Foqts çox təcrübəli bir baş məşqçidir. Onun futbolçu və məşqçi kimi qazandığı uğurlardan xəbərdaram. Keçmiş komandam olan Mönxenqladbax “Borussiya”sının əfsanəsi kimi tanınır. Yupp Haynkes və Berti Foqts Mönxenqladbax klubunun tarixi sayılırlar”.

 

Qeyd edək ki, millimiz ABŞ-la sabah Bakı vaxtı ilə saat 07:00-da qarşılaşacaq.