Maykl Kerrik PSJ-dən imtina etdi
02.08.2015 - 16:52
Maykl Kerrik PSJ-dən imtina etdi

PSJ “Mançester Yunayted”in yarımmüdafiəçisi Maykl Kerriki heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, Morqan Şneyderleyn və Bastian Şvaynştaygerin transferindən sonra əsas heyətdə çıxış etməsi sual altında olan futbolçunun keçidini fransızların baş məşqçisi Loran Blan özü istəyir.

 

“Qırmızı şeytanlar”ın baş məşqçisi Lui Van Qal da mümkün keçidin əleyhinə deyil. Ancaq gözlənilənlərin əksinə olaraq 34 yaşlı xavbek iş yerini Parisə dəyişməkdə o qədər də maraqlı deyil.

 

PSJ-nin sərfəli təklifindən imtina edən Kerrik İngiltərədə qalacağını açıqlayıb.