Mbilla Etame mövsümün rekordunu təkrarladı
18.02.2014 - 11:21
Mbilla Etame mövsümün rekordunu təkrarladı

“Xəzər Lənkəran”ın futbolçusu Mbilla Etame mövsümün rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, kamerunlu futbolçu Topaz Premyer Liqasında 3-cü dəfə dubl müəllifi olub.

 

VI turda “Bakı”, XVIII turda “Sumqayıt”ın qapısına 2 dəfə yol tapan afrikalı fevralın 15-də “Qəbələ”ni də dublu ilə məyus etdi. Bununla, 3-cü dəfə 90 dəqiqəni 2 qolla tamamlayan Etame mövsümün rekordçusu olan Reyaldo Silvaya çatıb. Lakin Mbilla qarşıdakı turda evdə 2 qol vurduğu “Bakı”nın yenidən Lənkərana gəlməsindən yararlana bilər. “Qarabağ”ın braziliyalısı isə “Sumqayıt” (II tur), “Xəzər Lənkəran” (XI tur) və “Neftçi” (XVI tur) ilə görüşlərdə dubla imza atıb.

 

Qeyd edək ki, cari mövsümdə 23 dubl qeydə alınıb. Reynaldo və Etamedən başqa, iki oyunçu birdən artıq matçda bunu bacarıb. Əfran İsmayılov (“Bakı”) və Daniel Subotiçin (“Qəbələ”) hərəsinin hesabında 2 dubl var.