Məğlubedilməzlərin duelinin vaxtı dəqiqləşdi
14.10.2015 - 13:51
Topaz Premyer Liqasının VIII turunun “Qarabağ” – “Zirə” matçının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 7 turdan sonra məğlubiyyət acısı yaşamayan iki komandanın oktyabrın 17-də baş tutacaq dueli saat 18:00-da başlayacaq.
Çempionatın lideri 3-cü pillədə qərarlaşan debütantı Suraxanı qəsəbə stadionunda qəbul edəcək. Bu matç turnir cədvəli baxımından turun mərkəzi qarşılaşması olacaq.
0
0