Mehdiyevin yerinə qırğız futbolçu gəldi
12.01.2015 - 09:38
Mehdiyevin yerinə qırğız futbolçu gəldi

Türkiyə I liqa klubu “Giresunspor” hələ də azərbaycanlı futbolçu Ayaz Mehdiyevlə yollarını ayırmayıb. Apasport.az saytı xəbər verir ki, Giresun təmsilçisi həmyerlimizin müqaviləsini ləğv edə bilmir.

 

Klub prezidenti Mustafa Bozbağ yerli mətbuata açıqlamasında müqaviləsini dondurmağı planlaşdırdıqları Mehdiyevin yerinə artıq futbolçu tapdıqlarını da bildirib: “Qırğızıstandan 3 futbolçu dünəndən düşərgəmizdədi. Yanvarın 18-nə qədər davam edəcək toplanışda bu oyunçular baxışdan keçəcəklər. Baş məşqçimiz razılıq bildirsə, onlardan ikisi ilə müqavilə imzalaya bilərik. Əgər bu futbolçularla anlaşsaq, o zaman məcburiyyətdən digər türkdilli oyunçularımızla vidalaşacağıq”.

 

Qeyd edək ki, Ayaz Mehdiyev “Giresunspor”a mövsümün əvvəlində keçmişdi.