Məhəmməd Ozdoyev: Azərbaycan millisi bizi heç nə ilə təəccübləndirmədi
03.09.2014 - 22:14
Məhəmməd Ozdoyev: Azərbaycan millisi bizi heç nə ilə təəccübləndirmədi

“Milli komandada debüt etdiyim üçün fəxr edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının yarımmüdafiəçisi Məhəmməd Ozdoyev deyib.

 

"Rubin"in futbolçusu millimizlə 4:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq oyunu şərh edib: “Baş məşqçimiz Fabio Kapello sağ olsun ki, mənə də belə bir şans verdi və Rusiya yığmasının formasını geyindim. O,  oyundan sonra məni təriflədi, yaxşı oynadığımı dedi. Bu, çox xoşdu. Azərbaycan milli komandası isə bizi heç nə ilə təəccübləndirmədi".