Meksika millisinin hücumçusu DÇ-2014-də iştirakdan imtina edib
04.02.2014 - 06:58
Meksika millisinin hücumçusu DÇ-2014-də iştirakdan imtina edib

“Real Sosyedad”ın və Meksika millisinin futbolçusu Karlos Vela bu il Braziliyada keçiriləcək dünya çempionatında komandasına kömək etməyəcək. Apasport.az-ın xəbərinə görə, bu barədə ölkənin futbol federasiyasının saytı məlumat yayıb.

 

Belə ki, 24 yaşlı hücumçu millinin baş məşqçisi və federasiya rəsmiləri ilə görüşdə bu barədə deyib. Bu qərarın səbəbini izah edən təcrübəli forvard psixoloji cəhətdən tam hazır olmadığını bildirib.

 

Qeyd edək ki, Meksika millisi ilə ümumilikdə 35 matça çıxan Vela 9 qolla fərqlənib.