Məmmədov UEFA-nın iclasında
07.02.2014 - 10:13
Məmmədov UEFA-nın iclasında

Bu gün Belçikanın Antverpen şəhərində UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin növbəti iclası keçiriləcək. Apasport.az saytının məlumatına görə, AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın qeyd olunan komitəsinin üzvü Elnur Məmmədov tədbirdə iştirak edəcək.

Bundan əlavə, Komitə üzvləri futzal üzrə Avropa çempionatının yarımfinal qarşılaşmalarını izləyib. Onlar sabah baş tutacaq final qarşılaşmasını da arenadan seyr edəcək.

Qeyd edək ki, Avropa çempionatında iştirak edən Azərbaycan yığması mübarizəni qrup mərhələsində dayandırıb.

Mənbə: affa.az