Adı “Barselona” və “Mançester Yunayted”lə hallanan Arda Turanın meneceri rəsmi açıqlama ilə çıxış edib. Apasport.az saytının məlumatına görə, Əhməd Bulud Türkiyə millisinin oyunçusuna İngiltərədən dəvət gəldiyini etiraf edib.
Bulud komandanın adını çəkməsə də, Ardanın İngiltərə gedə biləcəyinə işarə vurub: “Bəli, hazırda İngiltərədən gələn təklif nəzərdən keçirilir”. Futbol ekspertləri təklifin “Mançester Yunayted”dən olduğunu istisna etmirlər.
Bulud hələlik heç nəyin dəqiqləşmədiyini də qeyd edib: “Arda hazırda böyük bir klubda böyük həyəcanla oynayır. Uğurların davam etməsində əməyinin olmasını istəyir. Amma gözləyib gələcəyin bizə nələri göstərəcəyinə baxacağıq. “Atletiko Madrid” qərar qəbul etmək məcburiyyətindədir”.