[b]Məşhur məşqçi “İnter” – “Qəbələ” matçında[/b]
12.05.2014 - 10:19
Topaz Premyer Liqasının XXXV turu çərçivəsində bu gün keçiriləcək “İnter” – “Qəbələ” matçını “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli də izləyəcək. Bu barədə apasport.az saytına türkiyəli mütəxəssisin özü məlumat verib.
O bildirib ki, komandası ilə birgə Zaqatalaya - “Simurq”la görüşə getməməyinin səbəblərindən biri də turun mərkəzi görüşünü izləmək istəməsidir.
Qeyd edək ki, “İnter” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.
0
0