Məşq zamanı huşunu itirən fransalı baş məşqçinin vəziyyəti ağırdır
05.02.2014 - 01:44
Məşq zamanı huşunu itirən fransalı baş məşqçinin vəziyyəti ağırdır

Fransa təmsilçisi “Sent-Etyen”in baş məşqçisi Kristof Qalte bədbəxt hadisə ilə üzləşib. Apasport.az yerli KİV-ə istinadən xəbər verir ki, məşq zamanı xəsarət alan 47 yaşlı mütəxəssisin vəziyyəti ağırdır.

 

Belə ki, Qalte yıxılaraq başını qapı tirinə çırpıb. Təxminən 3 dəqiqə huşunu itirən fransalı çalışdırıcı xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir. 

 

Qeyd edək ki, “Sent-Etyen” Fransa çempionatında 23 turdan sonra 40 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.