Bu gün Məşqçilər Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, komitə üzvləri bu gün AFFA-nın inzibati binasında assosiasiya tərəfindən klublara təhkim olunmuş idman direktorlarından ikisi ilə görüşüb.
Əvvəlcə, AZAL-ın idman direktoru Daril Villardla mövcud vəziyyəti dəyərləndirən Məşqçilər Komitəsi daha sonra “Qarabağ”ın idman direktoru Con van Loenlə fikir mübadiləsi aparıb. Yığıncaq iştirakçıları klublarda uşaq futbolunun inkişafı istiqamətində görülən işlər barədə məlumat əldə ediblər.
Qeyd edək ki, klub rəsmiləri ilə görüşlər davamlı olacaq.
Mənbə: affa.az
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı