Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri aşağı yaş qrupu üzrə yığma komandaların baş məşqçiləri ilə görüş keçirib. Apasport.az-ın məlumatına görə, komitə üzvləri konkret olaraq U-19 və U-17 millilərinin çalışdırıcıları Nikolay Adam və Mirbağır İsayevlə görüşüb. Görüş zamanı hər iki yığma komandanın hazıkı vəziyyəti, hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, U-19 və U-17 yığmalarımız Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanıblar.
Xatırladaq ki, Məşqçilər Komitəsinin üzvləri Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyevdir.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı